ATƏT-in Parlament Assambleyasının siyasi məsələlər və təhlükəsizlik komitəsində Gürcüstan tərəfindən hazırlanan rezolyusiya layihəsi qəbul edildi
50 leyhinə və 5 əleyhinə olan səslə, ATƏT-in Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsində Gürcüstanın rezolyusiya lahiyəsi qəbul edildi.
26 maddəli sənəddə Gürcüstanın işğal altnda olan ərazilərində insan hüquqları baxımından mövcud olan vəziyyətdən bəhs edilir.
Rezolyusiya işğal altında olan regionlarda gürcü dilinin öyrənilməsinin qadağan edilməsini qətiyyətlə qınayır.
Sənəddə xüsusi ilə vurğulanır ki, regionda fundamental insan hüquqları pozulur.
Gürcüstan tərəfindən hazırlanan sənəd Rusiyayı beynəlxalq hüququn fundamental normalarına və prinsiplərinə uymağa səsləyir.