Atasının dediyinə görə, Arçil Tatunaşvilinin cəsədi bugün gətirilməyəcək
Arçil Tatunaşvilinin atası, Giorgi Tatunaşvilinin dediyinə görə, o işğal edilmiş Sxinvaliyə keçməyə çalışdı, ancaq onu sərhəddən geri qaytardılar.
Onun dediyinə görə, hüquqmühafizəçilər ona deyiblər ki, oğlunun cəsədinin bugün gətirilməsi mümkün olmayacaq.
“Ketevan Tsixelaşvili ilə əlaqə saxlayırıq. Bugün zəng gözləyirik. Oğlumu Erqneti tərəfindən gətirəcəklər. Əlbəttəki, gətirilən kimi, onu ekspertizaya aparacağıq” – dedi Giorgi Tatunaşvili Birinci Kanal ilə söhbət zamanı.
Giorgi Tatunaşvili işğal altında olan rejimin versiyasına inanmır ki, güya oğlu diversiya hazırlayırdı. Onun dediyinə görə, son səkkiz ay ərzində Arçil Tatunaşvili dostları ilə bərabər işğal edilmiş regiona tez-tez gedirdi və oraya qida məhsulları aparırdı.
“Oğlum Sxinvalidəki müharibədə iştirak etməyib. Onun başına gələnlər nə ilə bağlıdır bilmirəm” – deyir Tatunaşvilinin atası.
Onun dediyinə görə, oğlunun heç vaxt ürək və sağlıq problemləri də olmayıb.