Ata Şalva Kekeliya - Patriarx öz ibadət duası zamanı da deyəcək ki, marixuana haqqında qanunun qəbulu olmaz
Patriarxın mövqeyi də bu cürdür, öz ibadət duası zamanı da deyəcək ki, marixuana haqqında qanunun qəbulu yolverilməzdir, – Ata Şalva Kekeliya Tbilisi Sakrebulosu önündə bəyan etdi.
Onun dediyinə görə, Konstitusiya Məhkəməsi marixuana ilə bağlı qərar qəbul edərkən, Patriarx dedi ki, bu ölkəyə qarşı düşmənçilikdir.
“Bu qanunu qəbul edən dörd nəfər ölkənin düşmənləridirlər. Təsvvür edin, qanunu heç bir tənzimləmənin mövcud olmadan qəbul etdilər. Yəni əvvəlcə qanunu qəbul etdilər və sonra isə, hansı tənzimləmələrin qəbul edilməsi barəsində söhbətə başlayırıq, bu ki, utopiyadır. Müzakirələr olmalıdır, tibbi qərarlar olmalıdır, marixuana hansı nəticələr verir və bunsuz dövlət qərar qəbul edir, bu ölkəyə qarşı düşmənçilikdir. Bunu Patriarx da dedi, biz də deyirik”, – Ata Şalva Kekeliya bəyan etdi.
Marixuananın qanunlayihəsi ilə bağlı, dini şəxslər bu gün Sameba Məbədinə tərəf yürüş təşkil edəcəklər
Dini şəxslər Sakrebulo önündə aksiya keçirdilər və bəyan etdilər ki, Gürcüstan əhalisi marixuananın leqal becərilməsinə yol verməyəcək.
Ona qədər marixuana məsələsi barəsində Patriarxlıqda görüş keçirdilər.