ATƏT Parlament Assambleyasının prezidenti - Gürcüstana səfər etmək çox xoş oldu, dekabrda sizə rəsmi olaraq veriləcək statusu almağınız ölkəniz üçün əhəmiyyətlidir
Gürcüstana səfər etmək çox xoş oldu, ölkəniz üçün çox əhəmiyyətli məqamdır, çünki hamımız bilirik ki, sizə Avropa İttifaqına namizəd statusu verilmişdir, hansı ki, rəsmi olaraq bir neçə həftədən sonra, dekabrda elan olunacaq. – deyə ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma ATƏT-in Parlament Assambleyasının iclasında Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradzeyə müraciət edib.
Pia Kauma qeyd etdiyinə əsasən, ATƏT Gürcüstanı həm ərazi bütövlüyü, həm də Ermənistan və Azərbaycan arasında sülh dialoqunun təşviqi baxımından tam dəstəkləyir.
“Biz işğal xəttində olmağımızı, vəziyyətlə öz gözlərimizlə tanış olmağımızı çox vacib hesab edirik. Bir ölkənin digər ölkənin ərazisini qanunsuz işğal etməsinin nə demək olduğunu gördük, əhali ilə söhbət etdik. Biz orada heç bir şəraitdə məqbul sayıla bilməyən vəziyyəti öz gözlərimizlə gördük və sizə hərtərəfli dəstək veririk. Biz həmçinin regionda sülh sazişinin əldə olunması prosesində sizi tam dəstəkləyirik. Sizin Ermənistan və Azərbaycan arasında aparılan danışıqların dəstəklənməsində mühüm rolunuz var”, – deyə ATƏT Parlament Assambleyasının prezidenti bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev