ATƏT-in sədri qismində, Şimali Makedoniyanın Xarici İşlər naziri Gürcüstana rəsmi səfər edəcək
ATƏT-in sədri qismində, Şimali Makedoniyanın Xarici İşlər naziri Gürcüstana rəsmi səfər edəcək

10-11 apreldə, ATƏT-in sədri qismində, Şimali Makedoniyanın Xarici İşlər naziri, Buyar Osmani Gürcüstana rəsmi səfər edəcək. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayır.

Elə onların məlumatına görə, Buyar Osmanini Gürcüstan Xarici İşlər naziri, İliya Darçiaşvili qəbul edəcək.

“Üzbəüz formatda, həm də iki ölkənin nümayəndə heyətləri arasında görüş keçiriləcək, bundan spnra da mətbuat üçün birgə bəyanatlar veriləcək.

Səfər çərçivəsində, Şimali Makedoniyanın Xarici İşlər naziri Gürcüstanın baş naziri İrakli Ğaribaşvili, Parlamentin sədri Şalva Papuaşvili və barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvlediani ilə görüşlər keçirəcək. Buyar Osmanini Gürcütsanın prezidenti, Salome Zurabişvili qəbul edəcək.

Gürcüstana səfəri çərçivəsində Şimali Makedoniya Xarici İşlər Nazirliyinin rəhbəri işğal xəttinə baş çəkəcək və mövcud vəziyyətlə yerində tanış olacaq”, – Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.