ATƏT-in Parlament Assambleyasının Prezidenti - Gürcüstanın böhranları və problemləri sülh yolu ilə həll etməsini dəstəkləyirik
Gürcüstanın böhranları və problemləri sülh yolu ilə həll etməsini dəstəkləyirik-bu barədə ATƏT-in Parlament Assambleyasının Prezidenti Pia Kauma işğal xəttində açıqlayıb.
ATƏT-in Parlament Assambleyasının Prezidenti bölgədə mövcud vəziyyətlə şəxsən tanış olub.
“Burada olmağımın səbəbi bölgədə baş verənləri, Rusiyanın burada qanunsuz işğalının sadə vətəndaşlara təsirini öz gözlərimlə görməkdir. Mənim təəssüratım belədir ki, burada hər şey sakit görünür, hərçənd bu şəraitdə insanların vəziyyətindən narahatam. ATƏT-in Parlament Assambleyasının fəaliyyət üsulu dünyanın müxtəlif yerlərində üzləşdiyimiz müxtəlif problemləri və böhranları sülh yolu ilə həll etməkdən ibarətdir. Təbii ki, biz Gürcüstanın böhran və problemlərini sülh yolu ilə həll etməsini dəstəkləyirik. Parlament Assambleyasında malik olduğumuz vasitə və təsir imkanlarından istifadə etməklə Gürcüstana bu cür vəziyyətlərin həllində dəstək verəcəyik”- deyə Pia Kauma açıqlayıb.