Asya İnkişaf Bankı Gürcüstana koronavirusla mübarizədə yardım üçün 2.5 milyon dollarlıq qrant ayırdı
Asya İnkişaf Bankı Gürcüstana koronavirusla mübarizədə yardım üçün 2.5 milyon dollarlıq qrant ayırdı

Asya İnkişaf Bankı Gürcüstana koronavirusla mübarizədə yardım üçün 2.5 milyon dollarlıq qrant ayırdı.

Bu barədə məlumat Gürcüstanın Birinci Kanalına Asya İnkişaf bankından verildi.

COVİD-19-un qrant yardım layihəsi Asya İnkişaf Bankının Asya-Sakit okean regionunun fondu (APDRF) tərəfindən maliyyələşdirilir və pandemiya nəticəsində zərər görən əhaliyə həyati əhəmiyyət daşıyan xidmətlərin verilməsini nəzərdə tutur.

Qrant Asya İnkişaf Bankının ümumi yardım paketinin bir hissəsidir, hansı ki, Gürcüstana covid-19-un mənfi nəticələrinin idarəedilməsi üçün verilir.

Asya İnkişaf Bankının məqsədi Asya və Sakit Okean regionunun stabil inkişafına yardım etməkdir.

1 966-cı ildə təsis edilən təşkilat 68 ölkəyi birləşdirir, onların arasında Asya regionundan 49 ölkə var.