"Astrazeneka" şirkəti bəyan edir ki, onların istehsal etdiyi vaksinin buster dozası "Omikrona" qarşı təsirlidir

İsveç-Britaniya əczaçılıq şirkəti “Astrazenekanın” məlumatına görə, Oksford Universiteti tərəfindən aparılan araşdırmalar göstərib ki, onların vaksinin “Vaxzevria” adlı üçüncü, yəni gücləndirici dozası koronavirusun yeni ştammı olan omikrona qarşı təsirlidir.

Bu barədə “Reuters” məlumat yayıb.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, “Astrazeneka” peyvəndinin üçüncü dozası Delta ştammına qarşı ikiqat peyvənd zamanı olduğu kimi, “Omikron” ştamına qarşı da effektivdir. Bununla belə, tədqiqatçıların fikrincə, üçüncü peyvənddən sonra “Omikron”a qarşı anticisimlərin zərərsizləşdirmə qabiliyyəti virusu təbii yolla keçirən insanlardan daha yüksək olub.

Oksford Universitetinin tədqiqatçıları 41 nəfərdən götürülmüş qan nümunələri üzərində araşdırma aparıblar. Qan nümunələri təbii yolla virusa yoluxmuş və Astrazeneka peyvəndi ilə iki və ya üç dəfə peyvənd edilmiş şəxslərə aid idi. Bununla belə, əczaçılıq şirkətinin məlumatına görə, peyvəndin gücləndirici dozasının effektivliyinə baxmayaraq, onlar Oksford Universitetinin alimləri ilə birlikdə koronavirusun “Omikron” variantına uyğunlaşdırılmış peyvəndi hazırlamaq üçün işləyirlər.