"Astoria Grande" kruiz gəmisi Batumi limanını tərk etdi
"Astoria Grande" kruiz gəmisi Batumi limanını tərk etdi

 
“Astoria Grande” kruiz gəmisi Batumi limanını tərk etdi. Layner bir neçə dəqiqə əvvəl limanı tərk edib.

Etiraz aksiyasının iştirakçıları hələ də ərazidə qalırlar. Onlar kruiz laynerini şüarlarla yola salırlar.

Rusiya vətəndaşlarının olduğu kruiz laynerini Batumi limanında aksiya ilə qarşılayıblar. Aksiya iştirakçıları dünəndən, gecə saatlarından ərazidə idilər.

Etirazçılarla polislər arasında bir neçə dəfə qarşıdurma baş verib. Əldə olan son məlumatlara görə, polis 23 nəfəri saxlayıb.

Dəniz Nəqliyyatı Agentliyində Batumi limanına daxil olan Palau bayrağı altında üzən kruiz gəmisinin sahibinin heç bir beynəlxalq sanksiyalarda adı keçməyən “Goodwin Shipping Limited” olduğunu açıqlayıblar.

Bundan əvvəl İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyində Palau bayrağı altında üzən “Astoria Grande” kruiz laynerinə sanksiya tətbiq edilmədiyini və dünyanın müxtəlif limanlarında sərbəst hərəkət etdiyini bildiriblər.