"Associated Press" - Gürcüstan müstəqil respublika kimi Almaniyada öz futbol tarixini yazmaq hüququ qazandı
“Associated Press” agentliyi Gürcüstan millisinin uğuruna münasibət bildirib. Gürcüstanın yüksəlişi -məqalənin alt başlığında gürcü futbolçuların əvvəllər də Avropa çempionu olduqları bildirilir, xüsusən də 1960-cı ildə Sovet İttifaqı komandasının tərkibində Avropa çempionu olublar.
“İndi Gürcüstan müstəqil respublika kimi Almaniyada öz futbol tarixini yazmaq hüququ qazanıb”, – deyə “Associated Press” yazır.
Nəşrin qeyd etdiyi üzrə, Gürcüstan millisi və onun ulduz forvardı Xviça Kvaratsxeliya Avropa çempionatında debütant olacaqlar. “Associated Press” Yunanıstan və Gürcüstan komandaları arasında baş verən qarşıdurmanı “gərgin və sınaq” kimi qiymətləndirir.
Yazıda qələbə qolunun penaltilər seriyasında əvəzedici oyunçu Nika Kvekveskiri tərəfindən vurulduğu, “alt küncə mükəmməl zərbə olduğu” qeyd edilir.
Həmçinin, Yunanıstan millisinin kapitanının ilk penalti zərbəsini Gürcüstan millisinin qapıçısının dəf etdiyi də vurğulanır. Məqalədə Avropa çempionatının debütant Gürcüstan komandasının ilk oyununu iyunun 18-də Dortmundda Türkiyə komandasına qarşı keçirəcəyi bildirilir. İyunun 22-də gürcü futbolçular Hamburqda çexlərlə, Avropa çempionatının qrup mərhələsinin son oyununda isə Gürcüstan millisi Gelzenkirxendə Portuqaliya millisi ilə qarşılaşacaq. “Associated Press” Almaniya stadionlarının Gürcüstan millisinin məşqçisinə çox yaxşı tanış olduğunu yazır, çünki Villi Sannoli illərdir Bayern Münheni çalışdırıb.