Daxili İşlər Nazirliyinin Samtsxe-Cavaxeti Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürmə maddəsi ilə 1986-cı il təvəllüdlü, əvvəllər mühakimə olunmuş, A.N.-nı Daba Aspindzada yaxaladılar.
Nazirliyin məlumatına görə, cinayət yeddi ildən 15 ilə qədər həbs cəzasını nəzərdə tutur.
“İstintaqla müəyyən edildi ki, bu il mayın 5-də Aspindzada təqsirləndirilən şəxs həmkəndlisi, 1986-cı il təvəllüdlü İ.M.-nin boyun nahiyəsinə soyuq silahla bıçaqla xəsarət yetirdi, hansı da hadisə yerində öldü.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi hadisədən az sonra, hadisə yerinin yaxınlığında həbs etdilər.
Polis cinayətin törədilmə silahını – bıçağı dəlil kimi götürdü.
Qəsdən adam öldürmə faktı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə araşdırılır”, – məlumatda deyilir.