"Asoşieyted Pres"-in məlumatına görə, Co Bayden ABŞ-ın Dövlət Katibi vəzifəsi üçün iki namizədi müzakirə edir
"Asoşieyted Pres"-in məlumatına görə, Co Bayden ABŞ-ın Dövlət Katibi vəzifəsi üçün iki namizədi müzakirə edir

“Asoşieyted Pres”-in məlumatına görə, Co Bayden ABŞ-ın Dövlət Katibi vəzifəsi üçün iki namizədi müzakirə edir.

Namizədlərdən biri Co Baydenin yardımçısı Entoni Blinkerdir, ikincisi isə, Delaver Ştatının senatoru Kris Kunsdur.

Agentliklə söhbət zamanı anonim bir mənbə bildirib ki, namizədlərin hər ikisi dövlət katibi vəzifəsi ilə maraqlanır.

Jurnalistlərin dediyinə görə, Entoni Blinkin bu vəzifəyə təyin edilmək üçün daha çox şansı var, ancaq Co Bayden senator Kunsu da güclü bir müttəfiq olaraq, itirmək istəmir.

Agentliyin məlumatına görə, Co Bayden namizədlərdən birini yaxın günlərdə təqdim edəcək.

Bununla yanaşı, “Hill” nəşriyyatı yazır ki, Co Bayden Dövlət Katibi vəzifəsi üçün yardımçısı Entoni Blinkeni seçdi.