Aslan Bjania - Qərbin sanksiyalarına görə biz uzun müddət təcrid olunmuş vəziyyətdəyik, indi Rusiya bizə bunun öhdəsindən gəlməyə kömək edir
Aslan Bjania - Qərbin sanksiyalarına görə biz uzun müddət təcrid olunmuş vəziyyətdəyik, indi Rusiya bizə bunun öhdəsindən gəlməyə kömək edir

 
Qərbin sanksiyalarına görə biz uzun müddət təcrid olunmuş vəziyyətdəyik, indi isə Rusiya bizə bunun öhdəsindən gəlməyə kömək edir-bu barədə işğal olunmuş Abxaziyanın separatçı rejiminin nümayəndəsi Aslan Bjania Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra bildirib.

“Abxaziyada belaruslar qohumlar, yaxın adamlar kimi qəbul edilir. Vətəndaşların əksəriyyəti hələ də sovet xatirələrində yaşayır. Biz uzun müddətdir ki, əsasən Qərb ölkələrinin sanksiyalarına görə təcrid vəziyyətindəyik. Rusiya sayəsində biz təcrid proseslərindən çıxırıq. Belarusla təmaslar isə bu baxımdan çox vacibdir. Biz münasibətlərimizin mehriban qonşuluq şəraitində, iqtisadi əməkdaşlığa diqqət edilərək inkişaf etməsini istəyirik”- deyə Aslan Bjania açıqlayıb.