Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ məsələsi haqqında danışdılar.
Onların görüşü Aşxabadda baş keçirildi.
İlham Əliyev və Nikol Paşinyanın görüşü “Müstəqil Dövlətlər Birliyi” (MDB) ölkələrinin başçılarının iclasından sonra baş tutdu.
Əliyev və Paşinyan münaqişə zonasındaki gərginliyin azaldılmasının zərurəti haqqında danışdılar.
Türkmənistan paytaxtında keçirilən görüşün digər detalları hələlik məlum deyil.
Qeyd edilməlidir ki, iki ölkənin lideriləri iclas zamanı, İkinci Dünya Müharibəsindəki hadisələrin interpretasiyası ilə bağlı mübahisə etdilər.
İlham Əliyev iclasda bəyan etdi ki, Ermənistanın yeni iqtidarı faşistlər üçün işləyən Qaregin Njdenin heykəlini demontaj etməyib.
Azərbayacan prezidenti qeyd etdi ki, MDB məkanında faşizmin qəhramanlıq kimi göstərilməsinə yer verilməməlidir.
Öz növbəsində, Nikol Paşinyan isə, bəyan etdi ki, tarixin yanlış interpretasiyası üçün MDB ölkələrinin görüş formatından istifadə etmək də yersizdir.