Asiya və Avropada havanın yüksək temperaturu nəticəsində onlarla insan həlak olub
Asiya və Avropada havanın yüksək temperaturu nəticəsində onlarla insan həlak olub

 
Meteoroloqlar Asiya və Avropa qitəsində son bir neçə həftədir yüksək hava temperaturunu qeydə alırlar, bu da artıq onlarla insanın ölümü ilə nəticələnib.

Səudiyyə Ərəbistanında havanın temperaturu 51 dərəcəyə çatıb, nəticədə Məkkədə Həcc ziyarəti zamanı 500-dən çox insan həlak olub.

Aralıq dənizi ölkələrində, konkret olaraq Portuqaliyadan Yunanıstana qədər və Afrikanın şimal sahili boyunca, Əlcəzairə qədər yüksək hava temperaturu meşə yanğınlarına səbəb olub.

Meteoroloqlar gələn həftə Serbiyada havanın temperaturunun 40 dərəcəyə qədər yüksələnəcəyini proqnozlaşdırırlar.

Ölkələrin səhiyyə orqanları qırmızı həyacan səviyyəsi elan ediblər və əhalini gündüz saatlarında evdə qalmağa çağırıblar.

Amerika Birləşmiş Ştatlarına gəlincə, Nyu Yorkda kitabxanalarda və digər müəssisələrdə təxirəsalınmaz soyutma mərkəzləri açılıb. Bir neçə bölgədə tədris prosesi dayandırılıb. Meteorologiya Xidməti gözlənilən yüksək temperaturla əlaqədar bir neçə ştatın əhalisinə xəbərdarlıq edib. Kaliforniyada isə meşə yanğınları ilə mübarizə aparırlar.