Asiya İnkişaf Bankının Prezidenti - Gürcüstan unikal yeri ilə mühüm regional ticarət mərkəzi, Asiya ilə Avropa arasında körpüdür
Asiya İnkişaf Bankının Prezidenti Masatsuqu Asakava Gürcüstanın təşkil etdiyi mərasimdə Asiya İnkişaf Bankının illik iclasının sonunda bildirib ki, unikal yerləşməsi ilə Gürcüstan regional ticarətin mühüm mərkəzi və Asiya ilə Avropa arasında birləşdirici körpüdür.
Masatsuqu Asakavanın qeyd etdiyi kimi, 2024-cü ildə Asiya İnkişaf Bankının illik toplantısı Gürcüstanın müxtəlif üstünlüklərini təqdim etmək imkanı verəcək.
“Asiya İnkişaf Bankının 57-ci illik toplantısına ev sahibliyi edən ölkə – Gürcüstanın təqdim olunduğu bugünkü tədbirdə sizinlə iştirak etmək mənim üçün böyük şərəfdir. Cənab Laşa, 2023-2024-cü illər üçün Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının rəhbəri vəzifəsinə təyin olunmağınız münasibətilə sizi də təbrik etmək istərdim. Asiya İnkişaf Bankı adından 2023-cü ilin 2-5 may tarixlərində Koreya Respublikasının İnçeon şəhərində Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının çox uğurlu 56-cı İllik Toplantısında göstərdiyiniz dəstəyə və iştirakınıza görə sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm. Gələn il gözəl Tbilisidə AİB-in İllik Toplantısının keçirilməsinə razılıq verdiyiniz üçün minnətdarıq. Əminəm ki, biz Gürcüstanın adət-ənənələri, tarixi və möhtəşəm mənzərələri ilə tanış olacağıq. Beləliklə, dostlar və həmkarlar, bir daha bu il görüşümüzə gəldiyiniz üçün sizə təşəkkür edirəm və ümid edirəm ki, biz 2024-cü ildə Tbilisidə görüşəcəyik”, – Asiya İnkişaf Bankının Prezidenti Masatsuqu Asakava bildirib.
Gürcüstan ilk dəfə 2024-cü ildə Asiya İnkişaf Bankının 57-ci illik toplantısına ev sahibliyi edəcək. Tədbir 2-5 may 2024-cü il tarixlərində keçiriləcək.
Bu barədə məlumatı Gürcüstan Maliyyə Nazirliyinin mətbuat xidməti yayır.