Asiya İnkişaf Bankı Gürcüstan üçün 100 milyon ABŞ dollarlıq kredit təsdiqlədi
Asiya İnkişaf Bankı (ABD) Gürcüstana koronavirus pandemiyası nəticəsində verilən zərərin mənfi təsirini azaldmaq məqsədi ilə, 100 milyon ABŞ dollarlıq kredit təsdiqlədi.
Bu barədə məlumatı Asiya İnkişaf Bankı yayır.
Bank qeyd edir ki, səhiyyə sisteminin qorunması üçün Gürcüstan pandemiyaya qədər, yanvar ayında müəyyən addımlar atmışdı, ancaq pandemiya ölkə iqtisadiyyatına, xüsusi ilə də turizm sektoruna əhəmiyyətli dərəcədə zərər verdi.
CARES proqramı ilə maliyyələşdirmə 4000-dən artıq kiçik və orta turizm biznesi üçün kreditlərin ödənilməsinin təxirə salınmasını və kreditlərinin subsidiyalaşdırılmasını nəzərdə tutur.
Pandemiyanın yayılmasının prevensiyası üçün qeyd olunan kredit pulsuz diaqnostika və müalicəyi maliyyələşdirəcək, – deyilir Bankın məlumatında.
Asiya İnkişaf Bankının məqsədi Asiya və Sakit Okean regionunun stabil inkişafı üçün əl verişli şəraitin yaradılmasıdır.
Eyni zamanda, bank regionda yoxsulluğun aradan qaldırılması üçün işləməyə davam edir.
1966-cı ildə təsis edilən təşkilat 68 ölkəyi birləşdirir, onların arasında 49 ölkə Asiyaya aiddir.