"Asiya İnfrastruktur Sərmaya Bankı" Gürcüstana 45 milyon avroluq kredit ayırdı
“Asiya İnfrastruktur Sərmaya Bankı” Gürcüstana 45 milyon avroluq kredit ayırdı.
Maliyyə institutunun veb səhifəsində dərc olunan bəyanatda qeyd olunub ki, bu məbləğ pandemiyanın sosial-iqtisadi nəticələrinin aradan qaldırılmasına sərf olunacaq.
“Asiya İnfrastruktur Sərmaya Bankının” vitse-prezidenti, Konstantin Limitkovun bəyan etdiyinə görə, kredit Gürcüstan hökumətinə pandemiya üzrə effektli münasibətin təxirə salınmaz maliyyə büdcə yardımını göstərəcək.