Arzu Nağıyev - Gürcüstanda seçkilər bütün beynəlxalq qaydalara uyğun keçirilib, heç bir insident olmayıb, gürcü xalqı öz gələcəyini seçir və onlara uğurlar arzulayırıq
Arzu Nağıyev - Gürcüstanda seçkilər bütün beynəlxalq qaydalara uyğun keçirilib, heç bir insident olmayıb, gürcü xalqı öz gələcəyini seçir və onlara uğurlar arzulayırıq

Gürcüstanda seçkilər bütün beynəlxalq qaydalara uyğun keçirilib, heç bir insident baş verməyib. Gürcü xalqının seçimidir, onlar öz gələcəyini seçirlər və biz onlara uğurlar arzulayırıq. – Bu barədə Azərbaycan Milli Məclisinin müşahidə missiyasının rəhbəri Arzu Nağıyev məlumat verib.

Onun sözlərinə görə, Milli Məclisin 8 nəfərlik nümayəndə heyəti Rustavi və Tbilisidə bir çox seçki məntəqələrində olub və heç bir insident müşahidə etməyib.

“Saat 11:00-a kimi 1500 və 2500 seçicinin qeydə alındığı böyük məntəqələrdə seçicilərin 20 faizindən çoxu səs verib. Əsas odur ki, seçkilər ilk dəfə proporsional sistemlə keçirilir və elektron cihazlardan istifadə olunur. Seçici öz səsini verdikdə və bülleteni qutuya atdıqda bu, elektron qaydada qeyd olunur. Heç bir insident olmayıb. Bundan sonra Tiflisə yola düşdük. Saburtalo, Vakedə 10-dan çox əraziyə getdik. Vətəndaşların böyük marağı var, seçki məntəqələrində növbələr gördük. Baş çəkdiyimiz ərazilərdə heç bir insident olmayıb. Soruşduq, dedilər ki, artıq seçicilərin 50 faizi səs verib”, – deyə Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, seçkilər zamanı hər şey standartlara uyğun olub.

“Seçkilər bütün beynəlxalq qaydalara uyğun keçirilib. Heç bir insident olmayıb. Sonda gürcü xalqının seçimidir, onlar öz gələcəyini seçirlər və biz onlara uğurlar arzulayırıq. Azərbaycan müşahidəçilərindən ibarət nümayəndə heyətinin rəhbəri adından deyim ki, hər şey standartlara uyğun idi. Biz razıyıq və seçkilərin elektron şəkildə keçirilməsi irəliyə doğru böyük addımdır”, – deyə Arzu Nağıyev bildirib.