Şota Arveladze Özbəkistan Çempionatının mart ayının ən yaxşı treneri elan edildi.
Taşkentin “Paxtakora” komandasının gürcü məşqçisi martda göstərdiyi nəticələrə görə mükafatlandırıldı.
“Martda məğlubiyyətsiz matçların seriyasına görə bu mükafat bütün dəstəyə aiddir və onunla fəxr edirəm. Mart ayı çox çətin, ancaq çox da müvəffəqiyyətli ay oldu” – dedi Şota Arveladze.
“Paxtakora” Asiya çempionatının liqasında İranın “Persepolis” komandası ilə qarşılaşdı və 1:1 hesabla matçı başa çatdırdı. Daha sonra, Al Ahli komandasını, Kaxa Maxaradzenin Lokomotivini və Budionkor komandalarını məğlub edərək, Asiya çempionatında lider oldu.