Artan sərnişin axını səbəbilə Gürcüstan Dəmir Yolları 16 iyundan etibarən Tbilisi–Batumi–Tbilisi istiqamətində əlavə reyslər həyata keçirəcək
Artan sərnişin axını səbəbilə Gürcüstan Dəmir Yolları 16 iyundan etibarən Tbilisi–Batumi–Tbilisi istiqamətində əlavə reyslər həyata keçirəcək.
Gürcüstan Dəmir Yollarının məlumatına görə, əlavə reyslər 16 iyundan 30 sentyabra qədər aşağıdakı qrafiklə yerinə yetiriləcək:
Tbilisidən Batumi istiqamətində qatar saat 00:30-da yola düşəcək və 05:42-də Batumiyə çatacaq, Batumidən Tbilisiyə isə saat 00:35-də hərəkət edəcək və 05:34-də paytaxta çatacaq.
Eyni zamanda bildirilib ki, 16 iyundan 9 oktyabra qədər qatarlar aşağıdakı vaxtlarda da hərəkət edəcək:
Tbilisidən Batumiyə – 10:10-da, Batumidən Tbilisiyə – 18:30-da.
Biletləri əldə etmək mümkündür: rəsmi vebsayt və mobil tətbiq vasitəsilə (iOS və Android), həmçinin Gürcüstan Dəmir Yollarının kassalarından və tərəfdaş şirkətlər vasitəsilə.