Armen Sarkisyan - Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası Rusiyanın iştirakı olmadan həll edilə bilməz
“Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin yaradılması məsələsi Rusiyanın iştirakı olmadan həll edilə bilməz”, – Ermənistan prezidenti Armen Sarkisyan deyib.
Sarkisyanın sözlərinə görə, Azərbaycan tərəfi virtual xəritələrdən istifadə edir, real sərhədlər isə sovet xəritələri əsasında müəyyən edilməlidir.
Ermənistan prezidentinin sözlərinə görə, demarkasiya prosesində çətinliklər sərhədlərə yaxın yerləşən yaşayış məntəqələri, eləcə də özəl şirkətlərə məxsus ərazilər səbəbindən yaranıb.