Ermənistan prezidenti, Armen Sarqsiyanın sərəncamı ilə, Polis rəhbəri olaraq Valer Osipyan təyin edildi, Milli Təhlükəsizlik xidmətinə isə Artur Venesiyan rəhbərlik edəcək.
Xatırladaq ki, yeni seçilmiş baş nazirin, Nikol Paşinyanın ərizəsi əsasında bu gün Ermənistan prezidenti, Armen Sarqsiyan Polisin rəhbəri, Vladimer Qaspariyanı və Milli Təhlükəsizlik xidmətinin rəhbəri Georq Kutoiyanı vəzifəsindən azad etdi.