Arçil Tatunaşvilinin cəsədinin gətirilməsi - Erqnetidən video-görüntülər
Arçil Tatunaşvilinin cəsədini Sxinvalidən gətirdilər.
Cəsəd gürcü tərəfinə Erqneti tərəfində verildi.
Tatunaşvilinin cəsədini “Qızıl xaç” təşkilatının nümayəndələri gətirdilər.
Erqnetidə Tatunaşvilinin cəsədini qəbul edənlər arasında Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili, Dövlət Təhlükəsizliyi xidmətinin informasiya-analitika departametnin direktor müavini Kaxaber Kemoklidze, Gürcüstanın işğal olunmuş ərazisindən məcburi köçkünlər məsələləri üzrə Nazir Sozar Subari və xalq müdafiyəçisi Nino Lomcaria var.
Arçil Tatunaşvilinin cəsədi ilə bərabər, ona aid olan avtomobil də gətirildi.
Arçil Tatunaşvilinin cəsədini öncə Tbilisiyə, Samxarauli adına eksperia bürosuna aparacaqlar.
Xatırladaq ki, Arçil Tatunaşvili fevral ayında işğal altında olan Sxinvalidə həbs edildikdən sonra naməlum şərtlərdə ölmüşdü.