Arçil Tatunaşvili ilə bağlı rezolyusiya layihəsini hüquqların qoruması komitəsi müzakirə edəcək
Arçil Tatunaşvili ilə bağlı rezolyusiya layihəsi bugün insan hüquqlarının qorunması və vətəndaş inteqrasiyası komitələrinin iclasında müzakirə ediləcək.
Elə bugün sənədi ərazi bütövlüyün bərpası məsələləri üzrə müvəqqəti parlament komisiyası müzakirə edəcək.
Parlament əksəriyyəti və azlığı tərəfindən birgə hazırlanan sənəddə qeyd olunur ki, Gürcüstan iqtidarı “Otxozoria-Tatunaşvili” siyahısında adlanan şəxslərə qarşı ehtimal olunan məhdudiyyətlər və onların arasında viza və maliyyə tranzaksiyalarının həyata keçirilməsi ilə bağlı məhdudiyyətlər qoymalıdır.
“Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradzenin bəyanatına görə, əsas odur ki, parlament birgə rezolyusiya qəbul edəcək.
Martın 21-də plenar iclasda sənəd səs verməyə çıxardılacaq.
Sənədin hazır versiyasını Gürcüstan iqtidarı iyunun 15-nə qədər təqdim etməlidir.