Arçil Talakvadze - "Yığıncaqlar və nümayişlər haqqında" qanuna dəyişiklikləri müzakirə edib vetonu aradan qaldırmaq üçün qərar qəbul edəcəyik
İctimaiyyət bilməlidir ki, biz bu qanunu niyə qəbul etmişik, onu ona görə qəbul etmişik ki, ölkəmizin gələcəyi, vətəndaşlarımızın təhlükəsizliyi təmin olunsun, qorunsun və heç kimə seçkilərdən yan keçməklə, sabitliyi pozmaqla və nizamsızlıqla ölkəmizdə nəyəsə nail olmağa cəhd göstərməsin, – deyə “Gürcü arzusu”nun üzvü Arçil Talakvadze bildirib.
Talakvadzenin sözlərinə görə, bu illər ərzində heç kimin aksiya keçirmək problemi olmayıb.
“Heç kimin etirazını bildirmək problemi yox idi, amma hakimiyyət ictimaiyyətin səmimi etirazını xaosa və sabitliyin pozulmasına çevirmək istəyən qruplara imkan verməyəcək. Sabah Gürcüstanın təhlükəsizlik, sabitlik və əmin-amanlığa ehtiyacı olmadığını, vətəndaşlarımızın sağlamlığının, həyatının mitinqlər zamanı qorunmalı olmadığına inanan hər kəs məhz bu qanuna qarşı çıxır. Vetoya gəlincə, arqumentlər tamamilə qeyri-kafidir, bu qanunun icra olunmamış qalması üçün heç bir səbəb yoxdur, ona görə də biz bunu nəzərdən keçirəcəyik və səs çoxluğu ilə vetonun öhdəsindən gəlmək barədə qərar qəbul edəcəyik”, – deyə Talakvadze bildirib.
Oktyabrın 19-da Salome Zurabişvili “Yığıncaqlar və nümayişlər haqqında” qanuna dəyişikliklərə veto qoyub.
Müəllif -
Mehemmed Bayramaliyev