Arçil Talakvadze - Ümid edirəm ki, yaxın günlərdə parlamentə ikinci siyasi partiya da daxi olacaq
Arçil Talakvadze - Ümid edirəm ki, yaxın günlərdə parlamentə ikinci siyasi partiya da daxi olacaq

Çox böyük ümidim var ki, yaxın günlərdə Gürcüstan parlamentinə yenə bir siyasi partiya qoşulacaq, – bu bəyanatı Gürcüstan parlamentinin sədri Arçil Talakvadze verdi.

Onun dediyinə görə, müxalifət öz qərarını yenidən müzakirə etməlidir.

“Müxalifətin radikal hissəsi bəyan edirdi ki, “Gürcü Arzusu” parlamentdə tək qalacaq. Parlamaentdə artıq bir müxalifət partiyası var və ümid edirəm ki, parlament fəaliyyətinə yenə bir partiya qoşulacaq. Radikal müxalifət isə, öz qərarını yenidən gözdən keçirsin.

Biz iqtidar olaraq, səs vermə nəticəsində, müvafiq qərarlar verəcəyik və xalqın istəyini 2020-ci ilin parlament seçkilərində söz verdiyimiz kimi yerinə yetirəcəyik” – dedi Arçil Talakvadze.