Arçil Talakvadze - Ukrayna meyarlarını nəzərə alaraq, müxalifət öz sıralarında bir neçə potensial oliqarx aşkarladı, bu səbəbdən geri çəkildilər
Arçil Talakvadze - Ukrayna meyarlarını nəzərə alaraq, müxalifət öz sıralarında bir neçə potensial oliqarx aşkarladı, bu səbəbdən geri çəkildilər

 

Müxalifətin niyə geri çəkildiyini başa düşürük, onlar Ukrayna meyarlarını nəzərə alaraq öz sıralarında bir neçə potensial oliqarx aşkarladılar və sonra daxildə münaqişəli proseslər başladı, çünki onlar görürlər ki, bu qanun partiyanın qara maliyyələşməsinə problemlər yarada bilər- deyə parlamentin vitse-spikeri,  Arçil Talakvadze bildirib.

Talakvadze bildirib ki, bu gün müxalifət tonunu dəyişərək geri çəkilib.

“Müxalifət əvvəlcə yüksək səslə bəyanatlar versə də, hədə-qorxu gəlsə də, bu gün tonunu dəyişərək geri çəkildi. Nəinki qanun layihəsinin müzakirəsində iştirak etmirlər, hətta sən demə artıq qanunun qəbuluna ehtiyac yoxdur. Bu dəyişikliklərin qəbulunu dəstəkləyib-dəstəkləməməyi artıq qərarlaşdırsınlar. Müxalifət partiyaları hücum mövqeyinə keçmişdilər, onların yeganə tələbi və gözləntiləri parlamentin qəbul etdiyi qanunda yalnız ad və soyadın qeyd olunması idi. Bu, onların siyasi travmasıdır, onlar yalnız siyasi revanşla hərəkət edirlər, çünki 2012-ci ildə hakimiyyətdən dinc yolla imtina etmək niyyətində olmamalarına baxmayaraq, radikal müxalifəti seçkilər və dinc yolla hakimiyyətdən qovmuş məhz Bidzina İvanişvili olub. İllərdir ki, bu, radikal müxalifətin əsas istəyi – siyasi revanş olub və bu qanundan da hansısa yolla  siyasi revanş üçün istifadə etmək imkanı görürdülər, lakin onların hesablamaları qısamüddətli və səthi olub, çünki dünyada yalnız ad və soyadın yazıldığı və yalnız iki sözdən ibarət olan qanun yoxdur. Müxalifətin niyə geri çəkildiyini başa düşürük, onlar Ukrayna meyarlarını nəzərə alaraq öz sıralarında bir neçə potensial oliqarx aşkarladılar və sonra daxildə münaqişəli proseslər başladı, çünki onlar görürlər ki, bu qanun partiyanın qara maliyyələşməsinə problemlər yarada bilər. Bu səbəbdən, bu təhlükəni görən biri parlamentdəki radikal müxalifətə çubuq yelləyərək onlara bu məsələdən vaz keçməyi tapşırıb”- deyə Talakvadze bildirib.