Arçil Talakvadze - sonrakı əməkdaşlığın önşərtidir ki, bütün tərəflər seçkilər nəticələrinə hörmət etməlidir
Sonrakı əməkdaşlığın önşərtidir ki, bütün tərəflər – “Gürcü Arzusu” və müxalifət MSK-nın dərc etdirdiyi seçkilər nəticələrinə hörmət etməlidir, – bu barədə “Gürcü Arzusunun” liderlərindən biri, Arçil Talakvadze jurnalistlərə bəyan etdi.
Bununla yanaşı, suala ki, müxalifət ilə dialoqun baş tutması üçün hakim komanda hansı güzəştə gedəcək, Talakvadze cavab verdi ki, “güzəşt ediləsi heç kimin yoxudur”.
“Güzəşt ediləsi heç kimin yoxudur. Ölkədə demokratik seçkilər keçirildi və sonrakı əməkdaşlığın önşərtidir ki, bütün tərəflər – “Gürcü Arzusu” və müxalifət MSK-nın dərc etdirdiyi seçkilər nəticələrinə hörmət etməlidir. Seçkilərə qədər və seçkilərdən sonra dedik ki, ictimaiyyətin seçiminə hörmət edək və vaxtdır indi eynisini müxalifət də desin. İstənilən sonrakı əməkdaşlığın önşərtidir ki, hamımız seçkilər nəticələrinə hörmət etməliyik. Bundan sonra oturub, söhbət edib, əməkdaşlıq edib və razılaşdıra bilərik ki, iqtisadi çağırışlara, sosial məsələlərə necə cavab verək, ölkənin ərazi bütövlüyünü necə birləşdirək və Avropa İttifaqına daha sürətlə necə inteqrasiya edək. İstənilən bu əhəmiyyətli məsələlər üçün disskusiya, əməkdaşlıq və danışıqlar üçün hazırıq”, – Arçil Talakvadze bəyan etdi.