Arçil Talakvadze siyasi partiya nümayəndələrinin diplomatlarla hansı məsələlər üzrə söhbət etdiklərini konkretləşdirmir
Gürcüstan Parlamentinin sədri, Arçil Talakvadze siyasi partiya nümayəndələrinin diplomatlarla hansı məsələlər üzrə söhbət etdiklərini konkretləşdirmir.
Jurnalistlərlə söhbəti zamanı Talakvadze ümidvar olduğunu bildirdi ki, bu dialoq konkret nəticə verəcək.
“Məncə, düzgün olmayacaq əgər konkret məsələlər üzrə bu gün daşışsam. Daha dəqiq olaraq, nə barədə idi müzakirə, gələcəkdə hansı razılaşmalar baş tuta bilər. Gələcək görüşlərdə mütləq detallı məlumat çatdıracam. Ümid edirəm ki, bu dialoq konkret nəticə verəcək”, – Talakvadze bəyan etdi.
Diplomatik korpusun nümayəndələri ilə görüşdə doqquz partiyanın nümayəndələri iştirak edirdilər. Görüş Amerikanın Gürcüstandakı səfirinin igamətgahında baş tutdu.