Arçil Talakvadze - Siyasətdə, sükan arxasında və biznesdə daha çox qadın olsun
“Qadın hüquqlarının qorunması “Gürcü Arzusunun” əsas prioriteti olub” – bu barədə bəyanatı parlament əksəriyyətinin lideri Arçil Talakvadze verdi.
Talakvadzenin dediyinə görə, mövcud olan kvota mexanizmi orta müddətli dövrdə, qadınlarının siyasətdəki rolunu artırmağın ən yaxşı üsuludur.
“Biz istəyirik ki, siyasətdə, sükan arxasında və biznesdə daha çox qadın olsun. Parlament, qadınların siyasətdəki iştirakının artırılması təşəbbüsünü üzərinə götürür. Qadın hüquqlarının qorunması “Gürcü Arzusunun” prioretlərindən biridir”, – dedi Arçil Talakvadze.