Arçil Talakvadze - Şərq Tərəfdaşlığının İqtisadi və İnvestisiya Planı Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına töhfə verəcək tarixi prosesdir
Şərq Tərəfdaşlığının İqtisadi və İnvestisiya Planı Gürcüstanın təhlükəsizliyinin möhkəmlənməsinə və Avropa İttifaqına inteqrasiyasına töhfə verəcək olduqca vacib və hətta tarixi prosesdir-bu barədə parlament sədrinin müavini Arçil Talakvadze açıqlayıb.
Talakvadze Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhein Şərq Tərəfdaşlığının İqtisadi və İnvestisiya Planının Gürcüstan və Avropa İttifaqı arasında elektrik kabeli layihəsini maliyyələşdirəcəyini qeyd etdiyi bəyanatını şərh edib.
Talakvadze baş nazir və hökumətin üzərində çalışdığı mühüm məsələlərdən birinin enerji təhlükəsizliyi olduğunu açıqlayaraq İrakli Ğaribaşvilinin yaxın vaxtlarda bununla bağlı açıqlamalar verəcəyini qeyd edib.
“Baş nazir, hökumət və iqtidar geosiyasi funksiyamızı, beynəlxalq ictimaiyyətə, Avropa ailəsinə töhfəmizi vermək və Avropanın Gürcüstanın Avropa Birliyinə və Avropa ailəsinə inteqrasiyasının nə qədər vacib olduğunu daha aydın görməsi üçün Avropa İttifaqı və beynəlxalq tərəfdaşlarımızla aktiv şəkildə işləyir.
Baş nazirin və hökumətin bu gün üzərində çalışdığı vacib məsələlərdən biri də enerji təhlükəsizliyidir. Baş nazir İrakli Ğaribaşvilinin özü də yaxın vaxtlarda bununla bağlı açıqlamalar verəcək. Öz mahiyyətinə görə, bu, Gürcüstanın təhlükəsizliyinin möhkəmlənməsinə və Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına töhfə verəcək çox vacib, hətta tarixi prosesdir” – deyə Arçil Talakvadze açıqlayıb.