Arçil Talakvadze - Saakaşvilinin özü qida qəbul etməkdən imtina edir, səhhəti barədə danışmaq spekulyasiyadır, iqtidar pasiyenti ən yaxşı klinikaya yerləşdirib
Arçil Talakvadze - Saakaşvilinin özü qida qəbul etməkdən imtina edir, səhhəti barədə danışmaq spekulyasiyadır, iqtidar pasiyenti ən yaxşı klinikaya yerləşdirib

 
Xalq Müdafiəçisi çərçivəsində yaradılmış konsilium ictimai mandatla fəaliyyət göstərir. Onlar açıq şəkildə bildiriblər ki, fəaliyyətlərinin məqsədi həbsxanada olan Mixeil Saakaşvilinin səhhətinə nəzarət etmək və ona adekvat tibbi yardım göstərməkdir-bu barədə parlamentin vitse-spikeri Arçil Talakvadze açıqlayıb.

O, iqtidarın pasiyent Saakaşvilini ən yaxşı klinikaya yerləşdirdiyini bildirib.

“Bizə maraqlıdır, nümunə üçün axırıncı ziyarətdən sonra konsilium pasiyentə hansı təyinat verib və o, təyinatı yerinə yetirir mi? Pasiyentin səhhəti ilə bağlı məlumatların qorunduğunu cavab olaraq bizə deyə bilərlər və biz Mixeil Saakaşvilinin ailəsini və ətrafını konsiliumun bu suallara heç olmasa cavab verməsinə çağırırıq. Digər tərəfdən, Saakaşvilinin özünün qida qəbulundan imtina etməsi fonunda onun səhhəti barədə danışmaq spekulyasiyadır. İqtidar pasiyenti ən yaxşı klinikaya yerləşdirib, pasiyent isə həkimlərlə əməkdaşlıq etmir, tam şəkildə qidalanmır” – deyə Talakvadze açıqlayıb.