Arçil Talakvadze - Saakaşvilinin komanda yoldaşlarının onun sağlamlıq vəziyyətindən siyasi məqsədlər üçün istifadə etməsi zərərlidir
Arçil Talakvadze - Saakaşvilinin komanda yoldaşlarının onun sağlamlıq vəziyyətindən siyasi məqsədlər üçün istifadə etməsi zərərlidir

 

Saakaşvilinin komanda yoldaşlarının onun sağlamlıq vəziyyətindən siyasi məqsədlər üçün istifadə etməsi zərərlidir -bu barədə parlamentin vitse-spikeri Arçil Talakvadze açıqlayıb.

Talakvadze bildirir ki, onun səhhəti ilə bağlı məsələlər siyasiləşdikcə, həkimlərə də bir o qədər əngəl törədilir.

“Mixeil Saakaşvilinin sağlamlıq vəziyyəti həkimlərin və səhiyyə sektorunun səlahiyyətinə aiddir və hesab edirəm ki, Saakaşvilinin komanda yoldaşlarının onun sağlamlıq vəziyyətindən siyasi məqsədlər üçün istifadə etməsi zərərlidir. Onun səhhətindəki problemlər siyasiləşdikcə, həkimlərin ona lazımi tibbi yardım göstərməsi çətinləşir. Gündəlikdə dəfələrlə verilən və hələ də cavabsız qalan iki sual qalıb. Konkret olaraq, Saakaşvilinin müalicəsi ilə məşğul olan gürcü və əcnəbi həkimlərin mülki klinikada müalicə edə bilmədikləri diaqnoz və xəstəliklər nədir ? Həmçinin, Saakaşvili öz sağlamlığı üçün həkimlərlə əməkdaşlıq edirmi, həkimlərin verdiyi tövsiyə və reseptləri yerinə yetirirmi? Bu günə qədər onun müdafiə tərəfindən bu iki suala cavabımız, nə də bu suallara cavabların ictimaiyyətə açıqlanması barədə razılıq, icazəmiz yoxdur” – deyə Arçil Talakvadze bildirib.