Arçil Talakvadze - Reykyavik sammiti ilə əlaqəli qətnamə layihəsinə Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalının beynəlxalq hüquq pozuntusu olmasına dair dəyişiklik edilib
Avropa Şurası Parlament Assambleyasının siyasi komitəsi nümayəndə heyətimiz tərəfindən irəli sürülən dəyişikliyi müzakirə edib-bu barədə parlament əksəriyyətinin üzvü Arçil Talakvadze açıqlayıb.
Talakvadzenin qeyd etdiyi kimi, Reykyavik sammiti ilə əlaqəli qətnamə layihəsinə dəyişiklik edilib, birinci sətirbaşına Rusiyanın törətdiyi təcavüz və Gürcüstan ərazilərinin işğalının beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulması olduğundan bəhs edən Gürcüstanla bağlı mətn əlavə edilib.
“Qətnamə layihəsində həmçinin Rusiyanın öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmalı olduğu qeyd olunur. Qətnamə artıq plenar sessiya iclasına keçir və səsvermə nəticəsində yekun variant təsdiqlənəcək, bizim təşəbbüsümüzlə irəli sürülmüş bu dəyişikliyi siyasi komitənin dəstəkləməsi vacibdir. Reykyavik sammitinin qətnaməsi ilə bağlı bir çox yerlərdə Gürcüstandan bəhs edilməsi çox vacibdir, çünki bu sammitin özü Avropanın möhkəmlənməsinə, Avropanın qitədə hazırda mövcud çağırışlarla bağlı birləşməsinə həsr olunub və yönəlib. Müvafiq olaraq, Gürcüstan məsələsinin gündəmdə irəli çəkilməsi ölkəmiz üçün təbii ki, çox vacibdir. Gürcüstanla bağlı mövzuların qətnamənin mətnində mümkün qədər öz əksini tapması üçün tərəfdaşlarımızla birlikdə hər şeyi etdik, bu layihə təsdiqlənmək üçün plenar iclasa çıxacaq”- deyə Talakvadze açıqlayıb.