Arçil Talakvadze - parlamentin qarşısına kiminsə xaç qoymasından dolayı narahat olduğunuzu başa düşürəm, lakin aylardır orada boş çadırların olmasından dolayı narahat olduğunuzu xatırlamıram
Arçil Talakvadze - parlamentin qarşısına kiminsə xaç qoymasından dolayı narahat olduğunuzu başa düşürəm, lakin aylardır orada boş çadırların olmasından dolayı narahat olduğunuzu xatırlamıram

 

Bu sualı mənə ünvanlayanda, başa düşürəm ki, kiminsə parlamentin qarşısına xaç qoymasından narahatsınız – deyə parlamentin vitse-spikeri Arçil Talakvadze, Tbilisi Pride-ın əleyhdarları tərəfindən parlamentin qarşısına qoyulmuş xaçın götürülüb-götürülməyəcəyi ilə bağlı jurnalistin ünvanladığı suala cavabında bildirib.

Talakvadze jurnalistləri bu məsələdən sensasiya yaratmamağa çağırıb.

“Xaçı görərkən mi gərginləşirsiniz ? Siz mətbuatsınız, xalqa obyektiv məlumat verməlisiniz. Bu sualı mənə ünvanlayanda, başa düşürəm ki, kiminsə parlamentin qarşısına xaç qoymasından narahatsınız. Lakin əvvəllər orda boş çadırların və Saakaşvilinin qayıtmasının komik banerinin olmasından narahat olduğunuzu xatırlamıram.
O zaman sizlərin iradlarına şahid olmadım. Bu cür narahat şəkildə onda da soruşsaydınız yaxşı olardı.

Heç bir şey cəsarət et -etmə oyunu deyil, tezliklə hər şeyin qanun çərçivəsində , normal həll olunacağına şahid olacaqsınız və parlamentin qarşısındakı ərazi parlamentin layiq olduğu formaya qayıdacaq. Buradan sensasiya yaratmayın. Vətəndaş olaraq, narahat olsaydınız o zaman , boş çadırların burada olduğu vaxt və müxalifətin bir neçə insana, heç bir etiraz olmadan istidə əziyyət etdiyi vaxt da narahat olmalı idiniz” -deyə Arçil Talakvadze bildirib.