Arçil Talakvadze - Parlament çoxluğunun təşəbbüsü aqressiv təbliğata aiddir, qanun layihəsi konstitusiyaya tam əməl edilməklə hazırlanmalıdır
Parlament çoxluğunun təşəbbüsü azadlığa, insan şüuruna kobud müdaxilə və aqressiv təbliğata aiddir-bu haqda Gürcüstan parlamentinin vitse-spikeri Arçil Talakvadze açıqlayıb.
Talakvadze bildirib ki, psevdoliberal təbliğatla bağlı qanun layihəsi konstitusiyaya tam əməl edilməklə hazırlanmalıdır.
“Parlament çoxluğunun lideri Mamuka Mdinaradze artıq parlament çoxluğunun təşəbbüsünü ictimaiyyətə təqdim edib. Bu təşəbbüs azadlıq adı altında insan şüuruna, azadlığa, ümumbəşəri dəyərlərə kobud müdaxiləni nəzərdə tutan aqressiv təbliğata aiddir ki, onu qorumaq bizim vəzifəmizdir. Qanun layihəsi Gürcüstan Konstitusiyasının ikinci fəslinin prinsipinə tam əməl edilməklə hazırlanmalıdır”- deyə Arçil Talakvadze açıqlayıb.
“Gürcü Arzusu”nun bəyanatına əsasən, cəmiyyəti psevdoliberal ideologiyadan və onun qaçılmaz zərərli nəticələrindən qoruyacaq qanunvericilik təşəbbüsünün hazırlanması barədə qərar qəbul edilib.