Arçil Talakvadze müxalifətə müraciət edir - Seçkilərlə bağlı ittihamlarınız yenə varsa, xahiş edirəm, komissiyaya buyurun
Arçil Talakvadze müxalifətə müraciət edir - Seçkilərlə bağlı ittihamlarınız yenə varsa, xahiş edirəm, komissiyaya buyurun

Çalışırıq ki, ictimaiyyətə maksimal olaraq, şəffaf formada göstərək ki, seçkilərin saxtalaşdırılması ilə bağlı ittihamlar başıdan bəri əsassız idi, – bu bəyanatı parlament əksəriyyətinin deputatı Arçil Talakvadze verdi.

Arçil Talakvadze müxalifətə müraciət edir ki, istintaq komisiyasının işində iştirak etsinlər.

“Müxalifət parlament seçkilərinə qarşı əsassız və ağır itihamlar irəli sürdü, güya seçkilər saxtalaşdırılmışdı. Bunu yoxlamanın yeganə yolu səslərin yenidən hesablanması idi, ancaq müxalifət bunu istəmədi. Çalışırıq ki, ictimaiyyətə maksimal olaraq, şəffaf formada göstərək ki, seçkilərin saxtalaşdırılması ilə bağlı ittihamlar başdan bəri əsassız idi. Əgər belə ittihamlar varsa, müxalifətdən xahiş edirəm, istintaq komisiyasına gəlib, ittihamlarını yoxlasınlar. Əsassız və yanlış suçlamalar isə, demokratiyaya böyük zərər verir”, – dedi Arçil Talakvadze.