Arçil Talakvadze - Müxalifət əcnəbi tərəfdaşlarda Gürcüstanda məhbusların bir müəssisədən digərinə köçürülməsinin siyasi müzakirə mövzusu olduğuna dair təəssürat yaradır
Arçil Talakvadze - Müxalifət əcnəbi tərəfdaşlarda Gürcüstanda məhbusların bir müəssisədən digərinə köçürülməsinin siyasi müzakirə mövzusu olduğuna dair təəssürat yaradır

Parlamentin vitse-spikeri Arçil Talakvadzenin sözlərinə görə, məhkumların həbsxanaya köçürülməsi qərarını siyasətçilər deyil, həbsxanada olan insanların hüquqlarına və bununla bağlı məsələlərə cavabdeh olan ədliyyə strukturları verir.

Arçil Talakvadzeyə “Gürcüstan naminə” partiyasının hakimiyyətə Mixeil Saakaşvilini həbsxanaya köçürməyə dair çağırış etməsi ilə bağlı sual ünvanlanıb.

“Biz ilk dəfə deyil ki, belə bəyanat eşidirik və bu, təsadüfi deyil. Müxalifət bununla əcnəbi tərəfdaşlarda Gürcüstanda məhbusların bir müəssisədən digərinə köçürülməsinin siyasi müzakirə mövzusu olduğuna və belə qərarların çağırış əsasında verildiyinə dair təəssürat yaradır ki, bu da ölkəyə ziyan vurur. Bu cür bəyanatların məqsədi də budur” – deyə Arçil Talakvadze bildirib.