Arçil Talakvadze - məhbusun köçürülməsi ilə bağlı qərar müvafiq qurum tərəfindən qəbul edilir, müxalifətin açıqlamaları riyakarlıq və keyfiyyətsiz siyasi vasitədir
Məhbusun həbsxanaya köçürülməsi barədə qərar yalnız Ədliyyə Nazirliyi və müvafiq qurum tərəfindən qəbul edilir-bu barədə parlamentin vitse-spikeri Arçil Talakvadze açıqlayıb.
Talakvadze müxalifətin məsələ ilə bağlı siyasi bəyanatlar verməsinin riyakarlıq olduğunu bildirib.
“Mən 2013-cü ildən bu sistemdə işləyirəm və o zaman olduğu kimi bu gün də eyni mövqedəyəm. Qərarlar insan hüquqları prinsipləri nəzərə alınmaqla, yalnız Ədliyyə Nazirliyi və məhbusların köçürülməsinin aid olduğu qurum tərəfindən qəbul edilir. Müxalifətin siyasi bəyanatlar verməsi riyakarlıq və Saakaşvilidən ayrılmaq cəhdidir. Təbii ki, bu, çox keyfiyyətsiz siyasi vasitədir” – deyə Arçil Talakvadze açıqlayıb.
“Gürcüstan Naminə” partiyası hakimiyyəti Mixeil Saakaşvilini həbsxanaya köçürməyə çağırır. “Biz “Gürcü Arzusu”nu seçkiqabağı tamaşanı dayandırmağa, seçkiqabağı öz PR məqsədlərinə çatmaq üçün məhkəmədən istifadə etməməyə, parçalanmış “Milli Hərəkat”ın yenidən birləşməsinə kömək etməməyə və Mixeil Saakaşvilini cəzaçəkmə müəssisəsinə köçürməyə çağırırıq”-deyə “Gürcüstan Naminə” partiyasının üzvü Mixeil Dauşvili açıqlayıb.