Arçil Talakvadze - həbsdə olan şəxsin siyasətə qoşulu olub-olmamasının həbslə heç bir əlaqəsi yoxdur və ona heç bir təsir göstərə bilməz
Arçil Talakvadze - həbsdə olan şəxsin siyasətə qoşulu olub-olmamasının həbslə heç bir əlaqəsi yoxdur və ona heç bir təsir göstərə bilməz

 

Həbsdə olan şəxsin siyasətə qoşulu olub-olmamasının həbslə heç bir əlaqəsi yoxdur və ona heç bir təsir göstərə bilməz. Dünən, Nika Melia bu bəyanatın Mixeil Saakaşvilinin vəkillərinin strategiyası olduğunu açıq şəkildə bildirdi. Belə çıxır ki, bu bəyanat həqiqət deyil, əksinə strategiyadır-bu barədə parlamentin vitse-spikeri Arçil Talakvadze açıqlama verib.

O, Saakaşvilinin siyasətdə iştirak edib-etməyəcəyinin Gürcüstan qanunvericiliyini dəyişməyəcəyini bildirib.

“Mixeil Saakaşvili artıq nəinki siyasi baxımdan şantaj etdiyi yeni siyasi partiyalar üçün, nümunə olaraq yeddi aylıq parlamentin boykot edilməsi prosesini yada sala bilərik, hətta siyasətin yenilənməsi cəhdlərinin olduğu və Saakaşviliyə görə yenilənə bilməyən və yeni gündəm formalaşdıra bilməyən öz partiyası üçün də maneə törədən amildir. Görünən odur ki, bu gün də bu diskusiya aktualdır və “Milli Hərəkat” daxilində bu barədə müzakirələr aktiv şəkildə aparılır. Müdafiəçilərin dedikləri kimi istər strategiya, istərsə də taktika, o bunun təzahürüdür. Saakaşvilinin siyasətdə iştirak edib-etməyəcəyi Gürcüstan qanunvericiliyini dəyişməyəcək və o, siyasətdən uzaqlaşmağa nə vaxt qərar verdiyinə görə deyil, qanuna əsasən cavab verəcək. Müxtəlif partiyaların hansı siyasi gündəmə malik olmasından və şəxsi səviyyədə hansı siyasi baxışa malik olmasından asılı olmayaraq, əsas olan qanunun aliliyi prinsipidir və bu prinsipdən istənilən şəkildə yan keçmək qütbləşmənin azalmasına xidmət edə bilməz, çünki biz radikal müxalifət düşərgəsinin qərarları necə istifadə etdiyinə şahid olduq. Əksinə, onlar qütbləşməni artırdılar”- deyə Talakvadze bildirib.