Arçil Talakvadze - Gürcüstandan müvəqqəti çıxmağa yox cavabının əsaslarını kokretləşdirən qanunlayihə, emmiqrasiyada olan həmvətəndaşlarımıza aid deyil
Parlament çoxluğunun lideri, Arçil Talakvadze açıqlayır ki, sərhədçinin Gürcüstandan müvəqqəti çıxarkən vətəndaşın dayandırılması barəsində subyektiv qərarın qəbul edilməsi diskresiyası olmayacaq, çünki müvafiq meyarlar qanunda açıqca yazılacaqdır.
Jurnalistlərlə söhbəti zamanı Arçil Talakvadze vizaleberallaşdırma ilə bağlı parlamentə təhrik olunmuş qanunvericilik zərfinə əks səda verdi və qeyd etdi ki, dəyişikliklər emmiqrasiyada olan həmvətəndaşlarımıza aid deyil.
“Emmiqrasiyada olan gürcülərə hörməti təsdiq edirəm. Ölkəmiz üçün onların əməyi böyük və önəmlidir. Biz dəyişiklikləri müzakirə edirik. Buna əsasən, gürcü sərhədçisinin şengen zonasına gedən şəxsi, əgər biometrik pasportu yoxdursa, haraya getdiyini və nə zaman geri dönəcəyini sübut edə bilmirsə, dayandırmağa hüququ var. Xüsusi ilə qeyd etmək istəyirəm ki, dəyişikliklər emmiqrasiyada olan həmvətəndaşlarımıza aid deyil”, – Talakvadze bəyan etdi.
Onun dediyinə görə, söhbət Gürcüstana lazım olan dəyişikliklərdən gedir ki, önəmli nailiyyət – vizaliberallaşdırma qorunsun.
Elə onun dediyinə görə, bu mərhələdə, sığınacaq axtaranların, eləcə də miqrasiya istiqaməti ilə, fövqəladə statistika yoxdur.