Arçil Talakvadze - Gürcüstan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, ayrı-ayrı nümayəndələrin Ukraynaya yönəlik bəyanatları Gürcüstanın dəstəyini zəiflədə bilməz
Parlamentin vitse-spikeri Arçil Talakvadze Ukrayna kəşfiyyatının məlumatlarını əsassız və səhv adlandırır.
Arçil Talakvadze Ukrayna mətbuatının ölkə kəşfiyyatına istinadən “Rusiya Gürcüstan, Ermənistan və Azərbaycanla rus məhsullarının üçüncü ölkələrə re-ixracı üçün danışıqlar aparır” -deyə yaydığı məlumata münasibət bildirib.
Talakvadze həmçinin qeyd edib ki, Gürcüstan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, ayrı-ayrı nümayəndələrin Ukraynaya yönəlik bəyanatları Gürcüstanın dəstəyini zəiflədə bilməz.
“Açıq şəkildə deyirəm, Gürcüstanla bağlı bu bəyanat əsassız və səhvdir. Gürcüstan, hakimiyyət və cəmiyyət Ukraynanı, Ukrayna xalqını və Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Təbii ki, bu mövqe dəyişməyəcək və ayrı-ayrı nümayəndələrin bəyanatları Gürcüstanın Ukraynaya yönəlik dəstəyini zəiflədə bilməyəcək. Bu, bizim hakimiyyətin prinsipial mövqeyidir” – deyə Arçil Talakadze bildirib.