Arçil Talakvadze - Gürcüstan Parlament nümayəndə heyəti Ukraynaya bu gün yola düşəcək, bütün mühüm görüşlər baş tutacaq və biz siyasi dəstəyimizi qeyd edəcəyik
Arçil Talakvadze - Gürcüstan Parlament nümayəndə heyəti Ukraynaya bu gün yola düşəcək, bütün mühüm görüşlər baş tutacaq və biz siyasi dəstəyimizi qeyd edəcəyik

Məqsədimiz, təəssüf ki, müharibə ilə müşayiət olunan ağır insan itkiləri ilə bağlı Ukraynadakı dostlarımıza başsağlığı verməkdir, – bu barədə Gürcüstan Parlamentinin vitse-spikeri, Arçil Talakvadze bəyan etdi.

Onun qeyd etdiyinə görə, Gürcüstan Parlament nümayəndə heyəti Ukraynaya bu gün yola düşəcək.

“Parlament nümayəndə heyətinə Parlamentin sədri, Şalva Papuaşvili rəhbərlik edəcək. Burada həmçinin müxalifət nümayəndələri də olacaqlar. “Milli Hərəkata” gəldikdə, ən əsası odur ki, Gürcüstan Parlamentinin nümayəndə heyəti Ukraynaya səfər edəcək, biz öz dəstəyimizi dostlarımıza və Ukrayna xalqına göstərəcəyik. Biz bu çətin vəziyyətdə Ukrayna xalqının yanındayıq. İnanın ki, bu heyətdə “Milli Hərəkatdan” bir nəfərin az-çox olamsından maraqlanan çox azdır. Mövzu Gürcüstanla iki ölkə arasında münasibətlərə aiddir. Ona görə də bilmirəm, müxalifət nə ilə maraqlanır, hansı hisslər keçirir, bu onuncu dərəcəlidir. Ölkə müharibə vəziyyətindədir, bütün günü görüşlərə həsr etmək adi Parlament səfəri olmayacaq, lakin bütün vacib görüşlər baş tutacaq və biz siyasi dəstəyimizi göstərəcəyik”, – Talakvadze bəyan etdi.