Arçil Talakvadze - Gürcüstan hakimiyyətinin nümayəndəsi tərəfindən ABŞ hakimiyyətinə, onun nümayəndəsinə heç vaxt hücum edilməyib, şahid olduğumuz hücumlara radikal müxalifət tərəfindən yol verilib
Arçil Talakvadze - Gürcüstan hakimiyyətinin nümayəndəsi tərəfindən ABŞ hakimiyyətinə, onun nümayəndəsinə heç vaxt hücum edilməyib, şahid olduğumuz hücumlara radikal müxalifət tərəfindən yol verilib

 

Radikal müxalifət özlərinin etdiklərini hakim partiyanın üzərinə yıxmağa çalışır-bu barədə Gürcüstan parlamentinin vitse-spikeri Arçil Talakvadze bildirib.

O, Gürcüstan hakimiyyətinin nümayəndəsi tərəfindən ABŞ hakimiyyətinə və ya onun nümayəndəsinə heç vaxt hücum edilmədiyini bildirib.

“Gürcüstan hakimiyyətinin heç bir rəsmi nümayəndəsi tərəfindən Amerika hakimiyyətinə və ya onun hər hansı bir nümayəndəsinə heç vaxt hücum edilmədiyi xüsusilə vurğulanasıdır və təbii ki, gələcəkdə də belə bir hücum istisna edilir. Amerika Birləşmiş Ştatları Gürcüstanın bir nömrəli strateji tərəfdaşıdır, onilliklər ərzində bizim olduqca sıx əməkdaşlıq və münasibətlərimiz olub. Əlbətdə, bu bizim üçün çox qiymətlidir. Hücumlara, təhqirlərə şahid olduqsa , buna radikal müxalifət tərəfindən yol verildi . Bu bir sıra qiymətləndirmələri bərabərində gətirdi və “Milli Hərəkat”ın nümayəndələrinin bu illər ərzində də və keçmişdə də Qərbin səfirlərini necə qiymətləndirdikləri hamımızın yadındadır və ümumiyyətlə, radikal müxalifətin öz əməllərini hakim partiyanın üzərinə yıxmaq cəhdlərinə şahid oluruq”-deyə Arçil Talakvadze bildirib.