Arçil Talakvadze diaspora təşkilatlarının nümayəndələri və xaricdə işləyən gürcü həkimləri ilə görüşdü
Arçil Talakvadze diaspora təşkilatlarının nümayəndələri və xaricdə işləyən gürcü həkimləri ilə görüşdü

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze diaspora təşkilatlarının nümayəndələri və xaricdə işləyən gürcü həkimləri ilə görüşdü.

Parlamentin mətbuat xidmətinin məlumatına görə, Arçil Talakvadze görüş iştirakçılarına koronavirusla mübarizədə, xaricdə yaşayan gürcü miqrantlara təmənnasız yardım etdikləri üçün təşəkkür etdi.

Arçil Talakvadzenin dediyinə görə, Gürcüstan höküməti xaricdə yaşayan Gürcüstan vətəndaşlarının maraqlarını və hüquqlarını qoruyacaq və onların mədəni və təhsil ocaqlarının inkişafında yardım edəcək.

Görüşdə Gürcüstan parlamentinin Diaspora və Qafqaz məsələləri üzrə komitəsinin sədri Beka Odişaria, Avropa ilə inteqrasiya komitəsinin sədri Maka Boçorişvili, Sağlamlığın qorunması və sosiyal məsələlər üzrə komitənin sədri Dimitri Xundadze, Diaspora və Qafqaz məsələləri üzrə komitə sədrinin birnci müavini Givi Çiçinadze və həmin komitənin sədrinin ikinci müavini Davit Kaçarava iştirak edirdilər.