Arçil Talakvadze - De-oliqarxizasiya layihəsinin Ukrayna qanununun analoqu olması və Ukraynanın Venesiya Komissiyasının rəyini gözlədiyindən irəli gələrək, bu rəy olan kimi biz bunu ciddi şəkildə müzakirə edəcəyik
Strateji tərəfdaşlarımızın və dostlarımızın məsləhətlərinə hər zaman məsuliyyətlə yanaşırıq. Bizim mövqeyimiz belədir ki, qanun layihəmiz Ukrayna modeli əsasında hazırlandığından və Ukraynanın qanunu Venesiya Komissiyasına göndərdiyindən irəli gələrək, rəy olan kimi biz bu rəyi parlamentdə ciddi şəkildə müzakirə edəcəyik-bu barədə parlamentin vitse-spikeri Arçil Talakvadze açıqlayıb.
O qanun layihənin göndərilməsi ilə bağlı heç bir problem olmadığını bildirir.
“Biz bu öhdəliklərin hansı müddətdə yerinə yetirilməli olduğunu açıqladıq və təmin etdiyimiz proses Gürcüstanın tövsiyə və şərtləri vaxtında yerinə yetirməsinə xidmət edir. Müxalifətin nəyinsə vaxtında yerinə yetirilmədiyinə, iqtidarın aylarla nəyisə gözlədiyinə dair spekulyasiya yaratmasına imkan verməyəcəyik. Bu səbəbdən, bu layihənin Ukrayna qanununun analoqu olması və Ukraynanın Venesiya Komissiyasının rəyini gözlədiyindən irəli gələrək, bu rəy olan kimi biz bunu ciddi şəkildə müzakirə edəcəyik”- deyə Talakvadze bildirib.