Arçil Talakvadze - bütün partiyaların iş prosesinə cəlb olunması və radikal müxalifətin iştirak etməməsi, onların siyasi təcrid vəziyyətində olmasını göstərir
Bütün partiyaların iş prosesinə cəlb olunması və radikal müxalifətin iştirak etməməsi, onların siyasi təcrid vəziyyətində olmasını göstərir, – bu barədə parlamentin vitse-spikeri, Arçil Talakvadze bəyan etdi.
Onun dediyinə görə, bu, radikal müxalifətin daha bir zəif tərəfi, ardıcıl olmayan hərəkəti və məsuliyyətdən qaçmasıdır.
“Onlar bütün bu illər ərzində həmişə proseslərin sabotajına əl atırdılar. Bir səra hallarda bu, Avropa Parlamentinin deputatlarının dediyi kimi, seçkilərə təxribat, demokratik proseslərə zərbə vurmaq idi, indi isə Avropanın tövsiyələrinə qarşı təxribatdır. Radikal müxalifətin bütün digər partiyaların iştirak etdiyi halda iş prosesinə qatılmaması onların siyasi təcriddə olduğunu göstərir”, – Talakvadze bəyan etdi.