Arçil Talakvadze - Biz həmişə demişik ki, Saakaşvili Gürcüstan ərazisinə ayaq basar-basmaz ədalət mühakiməsinə veriləcək və belə də oldu
Mixeil Saakaşvili keçmişin siyasətçisidir, – deyə parlament çoxluğunun üzvü Arçil Talakvadze seçki məntəqəsində səs verdikdən sonra jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Saakaşvili ən ağır cinayətlərə görə hüquqi məsuliyyət daşıyır və ona hökm oxunub.
“Biz həmişə demişik ki, Gürcüstana gəlib Gürcüstan ərazisinə ayaq basan kimi ədalət mühakiməsinə veriləcək. Belə də oldu, o məsuliyyətə cəlb edildi” dedi Arçil Talakvadze.