Arçil Talakvadze bəyan edir ki, Malxaz Maçalikaşvili tərəfindən adı çəkilən şəxsin onun ailəsi ilə heç bir əlaqəsi yoxdur
Arçil Talakvadze bəyan edir ki, Malxaz Maçalikaşvili tərəfindən adı çəkilən şəxsin onun ailəsi ilə heç bir əlaqəsi yoxdur

Gürcüstan parlamentini sədri Arçil Talakvadze bəyan edir ki, Malxaz Maçalikaşvili tərəfindən adı çəkilən şəxsin onun ailəsi ilə heç bir əlaqəsi yoxdur.

Onun dediyinə görə, Malxaz Maçalikaşvilinin medyanın önündə adını çəkdiyi şəxs onun nə ailə üzvü, nə qohumu, nə də qardaşı deyil.

“Dünən “TV Pirveli” teleşirkətinin efirində Malxaz Maçalikaşvili tərəfindən daha öncə də eşitdiyimiz, yanlış məlumat səsləndi, güya mənim qardaşımın onunla nəsə əlaqəsi var. Adı belə yanllış çəkilir, çünki mənim qardaşımın adı Gela deyil, Avtandildir. Yalan məlumatı yayan medya vasitələrinə isə, müraciət edirəm, bu dezinformasiyayı doğru məlumat yayaraq, düzəldin”, – dedi Arçil Talakvadze.